Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 513 mindən çox artıb

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 513 mindən çox artıb
  • Cəmiyyət

  • Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 513 mindən çox artıb.

    LEQAL.AZ TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

    Məlumata əsasən, ötən sutka ərzində 513 min 797 nəfər yeni koronavirusa yoluxub, 9 min 984 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 122 milyon 524 min 424, ölənlərin isə 2 milyon 703 min 620 nəfərə çatıb.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
    PAYLAŞ:

    Oxşar xəbərlər