Dünyada koronavirusa yoluxanların ümumi sayı 102 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların ümumi sayı 102 milyonu ötüb
  • Dünya

  • Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 501 mindən çox artıb.

    LEQAL.AZ TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

    Məlumata əsasən, ötən sutka ərzində 501 min 930 nəfər yeni koronavirusa yoluxub, 11 min 986 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 102 milyon 83 min 344, ölənlərin isə 2 milyon 209 min 195 nəfərə çatıb.

    Qeyd edək ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
    PAYLAŞ:

    Oxşar xəbərlər