Dünyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 562 mindən çox artıb

Dünyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 562 mindən çox artıb
  • Dünya

  • Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 562 mindən çox artıb.

    LEQAL.AZ TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

    Məlumata əsasən, ötən sutka ərzində 562 min 1 nəfər yeni koronavirusa yoluxub, 16 min 61 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 100 milyon 455 min 529, ölənlərin isə 2 milyon 166 min 440 nəfərə çatıb.

    Qeyd edək ki, ÜST-nin hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
    PAYLAŞ:

    Oxşar xəbərlər