Milli Məclisin gənclər və idman komitəsində görüş keçirilib - FOTO

Milli Məclisin gənclər və idman komitəsində görüş keçirilib - FOTO
  • Cəmiyyət

  • Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev Martın 11-də Vətən müharibəsinin bir qrup iştirakçısı, ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılar və bir neçə fəal gənclə görüşüb.

    Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildirilib ki, Adil Əliyev ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətindən, bədən tərbiyəsi və idmanın inkişafından, idmançılarımızın beynəlxalq yarışlarda, olimpiadalarda qazandığı uğurlardan danışıb. Bildirib ki, dünyanın diqqət mərkəzində olan Formula 1 kimi yarışların ölkəmizdə yüksək səviyyədə təşkil edilməsinin əhəmiyyəti böyükdür.

    Bədən tərbiyəsi və idmanın gənc nəslin həyatındakı rolundan danışan vitse-spiker Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən rəşadətli Ordumuzun fiziki hazırlığı, maddi texniki bazası, keçirilən təlimlərin nəticəsi barədə fikirlərini bölüşüb. Bildirib ki, ölkəmizin qazandığı tarixi Qələbədə istifadə edilən taktiki gedişlər dünyanın hərbi mütəxəssislərinin marağına səbəb olub.

    Görüşdə gənclərin idmana həvəsinin artırılması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

    Sonda Vətən müharibəsində xidmətlər göstərmiş bir qrup şəxsə və ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılara Milli Məclisin gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər