Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri şəhid ailələrini ziyarət ediblər - FOTO

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri şəhid ailələrini ziyarət ediblər - FOTO
  • Cəmiyyət

  • Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, yardımsevər insanların dəstəyi və gənclərin iştirakı ilə Şəhidlərin bizə qoyub getdiyi əmanətləri - onların balaları hədiyyələrlə ziyarət edilib.

    LEQAL.AZ Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, ziyarətin əsas məqsədi Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və onların ailə üzvlərinin, o cümlədən övladlarının tanıdılması və dəstək göstərilməsidir.

    Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov şəhid ailələri ilə söhbət zamanı bildirib ki, müzəffər Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi zəfərə imza atıb. Həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız böyük qəhrəmanlıq nümayiş ediblər. Azərbaycan Ordusu xalqımıza şərəfli anları yaşadıb və qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olunub.

    PAYLAŞ:

    Oxşar xəbərlər