Ağcabədi rayonunda şəhid ailəsi ziyarət edilib - FOTO

Ağcabədi rayonunda şəhid ailəsi ziyarət edilib - FOTO
  • Cəmiyyət

  • Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Əmrah Mamedovun ailəsini ziyarət ediblər.

    LEQAL.AZ Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, görüşdə şəhidin Vətən uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmasından danışılıb, onun qısa, lakin şərəfli ömür yolu barədə məlumat verilib.

    Bildirilib ki, Əmrah Mamedov 1998-ci il mayın 20-də rayonun Poladlı kəndində dünyaya göz açıb. 2016-cı ildə Poladlı kənd tam orta məktəbində təhsilini başa vuran Əmrah həmin il həqiqi hərbi xidmətə çağırılıb, Sərhəd Qoşunlarında qulluq edib. Cəsur döyüşçü Vətən müharibəsinin birinci günündə - sentyabrın 27-də Suqovuşan uğrunda döyüşlərdə komandirini xilas etmək istəyərkən qəhrəmancasına həlak olub. Onun və digər şəhidlərimizin xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər