Sabah ölkə ərazisində havanın yağıntılı olacağı gözlənilir

Sabah ölkə ərazisində havanın yağıntılı olacağı gözlənilir
  • Cəmiyyət

  • Azərbaycanda martın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5°, gündüz 6-8° isti olacaq.

    Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

    Martın 11-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

    Havanın temperaturu gecə 2-5°, gündüz 5-8° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.

    Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 11-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər