Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” onlayn formada qeyd olundu - FOTO

Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” onlayn formada qeyd olundu - FOTO
  • Cəmiyyət

  • Bu gün, 8 Mart 2021-ci il tarixdə Beynəlxalq Qadınlar Günü münasibətilə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən onlayn formada bayram tədbiri təşkil edilmişdir.

    LEQAL.AZ-ın bölgə müxbiri xəbər verir ki, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan 200 nəfərə yaxın qadın iştirak etmişdir.

    İlk öncə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tədbiri açaraq Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad etdi.

    Sonra onlayn tədbirdə Şahin Məmmədov qadınları təbrik edərək, onların cəmiyyətdəki rolundan söhbət açmış və qeyd etmişdir ki, Ümummilli Liderimiz, Ulu öndər Heydər Əliyev həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır.

    Müasir dövrdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır.
    Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın xüsusi xidmətlərini qeyd edərək ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın Azərbaycan qadınına xas olan ən dəyərli keyfiyyətləri özündə birləşdirməklə qadınlarımızı dünyada ləyaqətlə təmsil etdiyini vurğuladı.

    RİH-nin başçısı həmçinin qeyd etmişdir ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan Masallı qadınları da bu gün iqtisadiyyatımızın gücləndirilməsində idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, aqrar və digər sahələrdə əzmlə çalışırlar.

    Daha sonra Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Viləş kəndindən olan iki şəhidin anası-Aprel döyüşləri şəhidi Nurlan və “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Əsgərlinin anası Ziba Əsgərova, Masallı Bioloji Təbabət Klinikasının əməkdaşı Nərmin Dəyyanova, 30 ildir Ərkivan qəsəbəsində məskunlaşan Xocalı sakini Kamilə Quliyeva, gənc könüllü Səkinə Ağayeva, "Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri, xeyriyyəçi xanım Arzu Bağırova, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə və Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov və başqaları Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən, müdrik, cəsur, istedadlı qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmasından danışdılar.

    Bayram münasibətilə xoş arzularını bildirən çıxışçılar qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

    Onlayn bayram tədbirində rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Nüseynov çıxış edərək rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə və  Beynəlxalq Qadınlar Günü münasibəti ilə 40 nəfərə yaxın qadına Masallı Rayon İcra Hakimiyyətinin başçısının Fəxri fərman və qiymətli hədiyyələr verilməsini səsləndirdi.

    Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbiri Masallı RİH başçısı Şahin Məmmədov yekunlaşdırmışdır.

    PAYLAŞ:

    Oxşar xəbərlər