Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq
  • Cəmiyyət

  • Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Departamentindən LEQAL.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu  Abşeron yarımadasında gecə 4-6 dərəcə isti,  gündüz  8-10 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti,  gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət  70-80 faiz olacaq.
     
    Martın 7-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi və atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.  

    Martın 7-də Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

    Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu  gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq
    PAYLAŞ:

    Oxşar xəbərlər