Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiqi məqsədilə elan verilib

Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiqi məqsədilə elan verilib
  • Cəmiyyət

  • Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin” təsdiq edilməsi barədə” 2020-ci il 1 iyun tarixli Fərmanının üçüncü bəndində Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlərin görülməsi tövsiyə olunub.

    LEQAL.AZ Ali Məhkəmənin saytına istinadla xəbər verir ki, bu tövsiyəyə uyğun olaraq, Ali Məhkəmə sədrinin müvafiq əmri ilə Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiqi, bu sahədə strateji inkişafın təmin olunması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin təkmilləşdirilməsi, vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi və məmnunluğunun yüksəldilməsi, şəffaflıq və operativliyin təmin olunması məqsədilə işçi qrup yaradılıb.

    Bununla əlaqədar məhkəmələrin, maraqlı qurumların və şəxslərin məhkəmələrdə yeni informasiya texnologiyalarının tətbiqi, o cümlədən “Elektron məhkəmə” informasiya sisteminin səmərəliyinin artırılması ilə bağlı təkliflərinin 2021-ci il aprelin 1-dək Azərbaycan Respublikasının Ali Məhkəmənin elektron-məhkəmə məsələləri və informasiya texnologiyaları şöbəsinin istifadəsində olan [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş edilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər