Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
  • Cəmiyyət

  • Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadənin vəfatından 66 il ötür. 

    LEQAL.AZ-ın məlumatına görə, M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

    Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib.

    Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət etmiş Rəsulzadə bir müddət burada «İrane-nou» qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

    O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra «Müsavat» partiyası mərkəzi komitəsinin sədri seçilib.

    1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib.

    1920-ci il aprelin 28-i bolşevik işğalından sonra həbs edilib.

    Az sonra Stalinin göstərişi ilə M.Ə.Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb.

    Stalinin təkidlərinə baxmayaraq Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

    Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.
    PAYLAŞ:

    Oxşar xəbərlər