İtaliyada koronavirusa görə tətbiq edilən qadağalar uzadılıb. Bu qərarı fevralın 13-də hakimiyyətə gələn Baş nazir Mario Draqi verib. O, COVID-19 və onun daha yoluxucu növləri ilə mübarizə aparmaq üçün yeni fərman verərək, mövcud sərt tədbirləri əlavə tədbirlərlə yeniləyib və karantin müddətini 6 aprelə qədər uzadıb.
Buna əsasən, çox yüksək riskli (qırmızı) zona elan edilən yerlərdə bütün məktəblərdə distant təhsil tətbiq ediləcək. 6 mart tarixindən etibarən qırmızı sahələrdə ticarət mağazaları, gözəllik salonları, bərbərxanalar açılmayacaq.
İtaliya Səhiyyə naziri Robert Spenza koronavirusun “Britaniya ştamı”nın gənclərə daha çox təsiri barədə xəbərdarlıq edib.