Fransada yaşayan azərbaycanlı vəkilin romanı çap olundu - FOTO

Fransada yaşayan azərbaycanlı vəkilin romanı çap olundu - FOTO
  • Cəmiyyət

  • Fransada yaşayan yazar-tərcüməçi Dilbadi Qasımovun “Şəhər” romanlı çap edilib.

    LEQAL.AZ xəbər verir ki, Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında fransızca işıq üzü görmüş roman müharibənin dağıntıları altında qalmış bir şəhərdən bəhs edir.

    Kitab müəllifin ikinci kitabıdır.

    Xatırladaq ki, Dilbadi Qasımov 1980-ci ildə Naxçıvanda (Şərur rayonu) anadan olub.

    1997-2001-ci illərdə Bakıda Azərbaycan Dillər Universitetinin Fransız dili fakültəsində oxuyub.

    2001-ci ildən Fransada yaşayır. 

    Fransada hüquq üzrə doktorantura təhsili alıb.

    Hazırda orada vəkillik fəaliyyəti ilə məşğuldur.


    PAYLAŞ:

    Oxşar xəbərlər