Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
  • Cəmiyyət

  • Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat verib.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bəyanatda Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirilən soyqırımından 29 il keçdiyi bildirilir. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri bir gecədə Xocalıda insanlıq tarixinin ən qanlı faciələrindən birini törədib, yaşlı, qadın, uşaq və körpə demədən yüzlərlə günahsız insanı, dinc sakini qətlə yetirib.

    Faciənin 29-cu ildönümündə qardaş Azərbaycan xalqının acısını və kədərini bölüşür, bütün insanlığa qarşı yönəlmiş bu cinayət aktını qətiyyətlə pisləyir və “Xocalıya ədalət!” tələb edirik.

    “Azərbaycan Respublikası işğal altındakı əraziləri azad etməklə ədaləti bərpa etdi və tarixi Zəfər qazandı. Bu Qələbə Xocalının sağ qalan, ağrı-acını qəlbində daşıyan şahidlər başda olmaqla, bütün insanlığın ümid işığına çevrildi, Türk dünyasının qürur və iftixar mənbəyi oldu.

    Beynəlxalq Türk Akademiyası olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə anır, Azərbaycan xalqına və dövlətinə başsağlığı verir, qardaş Azərbaycanla həmrəy olduğumuzu bildiririk”, - deyə bəyanatda qeyd olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər