“Bu il Xocalı soyqırımının 29-cu ildönümüdür. Təklif edirəm ki, bununla bağlı gələcəkdə Xocalıda xüsusi memorial kompleks yaradılsın”.
LEQAL.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O həmçinin bildirib ki, bir çox ölkələr Xocalı soyqırımını tanıyıblar:
“Bu istiqamətdə Milli Məclisin parlamentlərarası işçi qrupları da fəaliyyətini davam etdirməkdədir”.