Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin dəfn olunacağı yer açıqlanıb.
O, bu gün Lənkəranda dəfn olunacaq.
Mərhumun nəşi bu gün saat 12:00 radələrində Lənkərana yola salınacaq.
Y.Rzazadə fevralın 22-də vəfat edib.
O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub.
1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirib.
1968-ci ildə Üzeyir Hacibəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub və 1973-cü ildə həmin təhsil ocağını bitirib.
1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.
LEQAL.AZ oxu.az-a istinadən bildirir ki, ailəsindən məlumat verilib.