Ağdamın bir qrup ziyalısından

Ağdamın bir qrup ziyalısından
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Möhtərəm cənab Prezident.

    Müzəffər sərkərdəlik məharətinizlə şanlı Ordumuzun Qarabağ cəbhəsində qazandığı möhtəşəm hərbi zəfər münasibətilə Sizi ürəkdən təbrik edirik.

    Siz iki əsr davam edən münaqişəyə, 30 ildən artıq sürən amansız ayrılığa ədalətli Vətən müharibəsi ilə birdəfəlik son qoydunuz. Qarabağı işğaldan azad edərək tariximizin ən müqəddəs səhifəsini yazdınız və bu şərəfli salnamənin müəllifinə çevrildiniz. Şuşada dövlətçilik rəmzimiz olan Azərbaycan bayrağını ucaltmaqla isə artıq bütün Qarabağın sahibinin məhz Azərbaycan xalqı olduğunu dünyaya məğrurcasına bəyan etdiniz.

    Cənab Müzəffər Ali Baş Komandan,

    Vətən müharibəsinin zəfərləri silsiləsində Ağdam rayonunun da adının olması bütün ölkə ictimaiyyətinə hədsiz sevinc, iftixar yaşatdı. Biz ağdamlıların hisslərini isə sözlə ifadə etmək mümkün deyil. 27 illik həsrətdən sonra qüdrətli Ordumuzun Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərinə daxil olması sakinlərimizin həyatlarının ən xoşbəxt, ən qürurlu günləri oldu.

    Ağdamlılar hər zaman Heydər Əliyev dövlətçilik xəttinə - Prezident İlham Əliyevin siyasi kursuna sadiq olublar. Ulu Öndərin böyük himayədarlığı sayəsində ötən əsrin 70-80-ci illərində Ağdam misli görünməyən inkişaf və quruculuq mərhələsi yaşadı. Heydər Əliyev Ağdamı güclü, alınmaz qalaya çevirdi. Təsadüfi deyil ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz xaos və müharibəyə sürüklənəndə, Ulu Öndərin hakimiyyətə dəvət edilməsi məqsədilə ilk mitinqlərdən biri də məhz “Nicatımız, xilasımız yalnız Heydər Əliyevlədir” çağırışı ilə Ağdamda keçirildi.

    Ədalətsiz müharibə başlanandan Ağdam sakinləri az qala yalın əllə, primitiv silahlarla döyüşə atıldı, 6 mindən çox övladımız şəhid, minlərlə insanımız əlil oldu. Lakin dövlətimizin sahibsizliyi həm də düşmənlə üz-üzə qalan Ağdamın himayəsiz qalmasına səbəb oldu. Təəssüf ki, ölkədəki məlum siyasi oyunlardan, hərc-mərclikdən sui-istifadə edən təcavüzkar Ermənistan havadarlarının yardımı ilə Ağdamı - Qarabağın alınmaz saydığımız giriş qapısını işğal etdilər.

    Ulu Öndərin hakimiyyətə gəlişindən sonra artıq məcburi köçkün statusunda olan ağdamlılara böyük qayğı, dəstək göstərildi. Ağdamlılara Heydər Əliyev yenə də sahib çıxdı, onların üzləşdikləri problemlərin həllinə daim yardım göstərdi.

    Ulu Öndərimizin özü qədər inandığı Sizə biz də inandıq, seçkilərdə daim yekdil dəstəyimizi nümayiş etdirdik. Siz də Ümummilli Liderin bu himayədarlıq ənənəsini təəssübkeşliklə davam etdirdiniz. On minlərlə ağdamlı Sizin sayənizdə yeni salınmış şəhərciklərdə mənzillə, dövlətin müavinəti, sosial yardımları ilə təmin olundu, daha güvənli həyat sürdü.

    Nəhayət, Siz bizləri indi öz doğma ata-baba yurdumuza, Ağdamımıza qaytarırsınız!

    Möhtərəm Prezident,

    Ağdam camaatının Sizə, həmçinin dəyərli Mehriban xanım Əliyevaya olan məhəbbətini, ehtiramını ifadə etməyə söz də yetişmir. Siz biz ağdamlıların həyatında artıq yeni bir mərhələnin - ən müqəddəs dövrün müəllifisiniz.

    Sizin sərkərdəlik şücaətiniz, liderlik bacarığınız, diplomatik istedadınız nəticəsində ağdamlıların taleyində yeni bir həyat başlayır. Biz yalnız köçkünlük həyatımıza son qoymuruq, həm də öz yurdumuzu yenidən qurmağa imkan qazanırıq.

    Əminik, necə ki, ulu öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Ağdamı Azərbaycanın ən abad, ən rifahlı bölgəlindən birinə çevirmişdi, Siz də qısa müddətdə Ağdamı bütün Qafqazın ən inkişaf etmiş, ən abad mərkəzlərindən biri kimi yenidən yaradacaqsınız.

    Hörmətli Prezident,

    Doğma yurdumuzu bizə zəfərlə qaytardığınıza görə Ağdamın yüz minlərlə sakini adından Sizə və hörmətli Mehriban xanım Əliyevaya əbədi minnətdarlığımızı və borcumuzu bildiririk.

    Ağdamlılar hər zaman Sizinlə, Heydər Əliyev dövlətçilik xətti ilə bir olublar, bundan sonra da bu yolla daim sədaqətlə, fədakarlıqla gedəcəklər.

    Hörmətlə,

    Adilə Namazova - akademik, əməkdar elm xadimi

    Nərgiz Axundova - akademik

    Dilqəm Tağıyev - AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik

    Lətif Hüseynov - Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq elmləri doktoru, professor

    Bəxtiyar Sadıqov - Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, əməkdar jurnalist

    Bəxtiyar Əliyev - Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri

    Ədalət Muradov - Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor

    Natiq Cavadov - Milli Aerokosmik Agentliyin baş direktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü

    Həbib Həsənov - Bakı Hərbi Məhkəməsinin sədri

    Arif Babayev - professor, xalq artisti, Milli Konservatoriyanın Muğam kafedrasının müdiri

    Mənsum İbrahimov - professor, xalq artisti, Prezident mükafatçısı

    Ramiz Quliyev - xalq artisti, Dövlət mükafatı laureatı

    Nazim Əliyev - hüquq elmləri doktoru

    Habil Qurbanov - hüquq elmləri doktoru, professor, AMEA Həmkarlar Təşkilatının sədri

    Məhiş Əhmədov - iqtisad elmləri doktoru, professor

    Mürsəl Əliyev - texnika elmləri doktoru

    Şahin Rüstəmov - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini

    Baxşeyiş Əsgərov - hüquq elmləri üzrə fəlsəfə doktoru

    Fikrət Əliyev - hakim

    Çingiz İskəndərov - hakim

    Toğrul Rəhimov - “Azərişıq” ASC sədrinin baş müşaviri

    İlham Hüseynov - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

    İxtiyar Hüseynli - Azərbaycan Respublikasının Əməkdar jurnalisti

    Əvəz Mikayılov - rayon ağsaqqallar şurasının sədri

    Allahverən Əliyev - YAP Ağdam rayon təşkilatının sədri

    Aybəniz Cəfərova - ağbirçək-ziyalı

    Gülnurə Muradova - Əməkdar müəllim

    Tünzalə Vəliməmmədova - Əməkdar müəllim

    Elmir Məmmədov - ağsaqqal

    Tapdıq Qaraşov - ağsaqqal

    Həmzə Əliyev - ağsaqqal

    Nizami Sadıqov - ağsaqqal

    Zülfü Qasımov - ağsaqqal

    Misirxan Misirxanov - ağsaqqal

    Marif Hüseynov - ağsaqqal

    Səlim Əzimov - ağsaqqal

    Mir Yusif Əliyev - ağsaqqal

    İlyas Bağırov - ağsaqqal-həkim

    Hüseynalı Hüseynov - kimya elmləri namizədi

    Xudu Xudiyev - həkim

    Ceyran Əliyeva - xalçaçılıq müəssisəsinin direktoru

    Arzu Rəhimova - Qadınlar Şurasının sədri

    Elza İsayeva - Əməkdar müəllim

    Gülyaz Qurbanova - ağbirçək-ziyalı

    Çimnaz Əliyeva - ağbirçək-ziyalı

    Şahin Qasımov - ağsaqqal

    Rövşən Cavadov - psixologiya elmləri namizədi

    Təyyar Bayramov - Əməkdar artist

    Fehruz Məmmədov - Əməkdar artist

    Aygün Bayramova - Xalq artisti

    Nəzakət Teymurova - Xalq artisti

    Səbuhi İbayev - Əməkdar artist

    Elnur Zeynalov - Əməkdar artist

    Cabir Abdullayev - Əməkdar artist

    Mustafa Mustafayev - yazıçı-publisist

    Elza Qaybalıyeva - xanəndə.
    PAYLAŞ:

    Oxşar xəbərlər