Prezident Azərbaycan İnvestisiya Holdinqinə yeni səlahiyyətlər verdi

Prezident Azərbaycan İnvestisiya Holdinqinə yeni səlahiyyətlər verdi
  • Cəmiyyət

  • “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamında dəyişiklik edilib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

    Sərəncama əsasən, bundan sonra Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, dividend siyasətinin təsdiq edilməsi, qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi səlahiyyətləri Nazirlər Kabinetindən alınaraq Azərbaycan İnvestisiya Holdinqinə verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər