Masallı RİH başçısı peyvəndləşmə prosesi ilə tanış oldu

Masallı RİH başçısı peyvəndləşmə prosesi ilə tanış oldu
  • Cəmiyyət

  • Vaksinləşmə prosesini yerinə yetirmək üçün xüsusi heyət təşkil olunmuşdur.

    LEQAL.AZ-ın bölgə müxbiri xəbər verir ki, 16 fevral 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov peyvəndləşmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasında yaradılmış şəraitə baxmış və vaksinasiya prosesi ilə tanış olmuşdur.

    Vaksinləşmə prosesinə könüllü olaraq qatılan Şərəfə kənd sakinlkəri Səriyyə Hüseynova, Şirinqız Məmmədova, Qurban Hüseynov, Qızılavar sakini Ramiz Hüseynov, Səmidxan sakini Zeydulla Məmmədov və başqaları Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əlievə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallının icra başçısına dərin minnətdarlıq ifadə etdilər.

    Hazırda xəstəxanada peyvənd, təcili yardım və post vaksinasiya otaqları ayrılmış, həmçinin vaksinlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılmışdır.

    Peyvənd olunan şəxs post vaksinasiya otağında 30 dəqiqə ərzində qaldıqdan sonra evə buraxılır.

    Hazırda Masallı Rayon Mərkəzi xəstəxanasında koronavirusa qarşı peyvəndləmə prosesi uğurla davam edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər