Xüsusi təyinatlı: Bizim formanı geyinmişdilər, dilimizi də bilirdilər - FOTO

Xüsusi təyinatlı: Bizim formanı geyinmişdilər, dilimizi də bilirdilər - FOTO
  • Cəmiyyət

  • Xüsusi təyinatlılar düşmənin pusqusunu belə dəf etdi

    44 günlük Vətən müharibəsində erməni əsgərləri Azərbaycan hərbçilərini pusquya salmaq üçün mümkün olan bütün hiyləgərliklərə əl atıblar.

    Buna baxmayaraq onların bütün plan və hiylələri özlərinin ağır itkilər verməsi ilə nəticələnib. Yaşma Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşən baş çavuş Əfqan Zaxmayev “İki sahil”ə müsahibəsində belə hallarla bir neçə dəfə qarşılaşdıqlarını bildirib: “Xankəndinin Çanaqçı kəndində idik. Sabahkı tapşırıq üçün axşama doğru komandirimiz bizi mövqelərə böldü.

    Təyin olunan mövqeyimizə gedərkən qarşı tərəfdən bizim formada bir qrupun gəldiyini gördük. Təlimata əsasən məxfi parolu soruşduq, Azərbaycan dilində qarşılıq verdilər, parol doğru idi.

    Onlara tərəf getməyə başladıq, hardasa 50 metr məsafə qalmışdı ki, erməni dilində danışdıqlarını gördük və elə bu zaman atışma başladı. Sən demə içimizə sızmaq üçün bizim formanı geyiniblərmiş, dilimizi də bilirdilər. 

    Olduğumuz mövqelərdə atışmağa başladıq. Qrup komandirim Əmrə Hüseynli yerindəcə şəhid oldu. Mən də orada yaralandım.

    Amma digər yoldaşlarımız düşmənin bütün qüvvələrini məhv edərək onların pusqusunu dəf etdilər”.

    Müəllif: Taleh Bağırov 




    PAYLAŞ:

    Oxşar xəbərlər