Türkiyədə barmaq izlərini tanıyan yeni sistem istehsal olunur

Türkiyədə barmaq izlərini tanıyan yeni sistem istehsal olunur
  • Cəmiyyət

  • Türkiyənin “BİYOTEKSAN” şirkətinin (biometrik cihaz qayırma) istehsal etdiyi yeni barmaq izləri tanıyan sistemində son işlər başa çatıb.

    LEQAL.AZ-a daxil olan məlumata görə, barmaq izləri tanıyan yeni biometrik sistem cari ilin mart ayında Türkiyə Daxili İşlər Nazirliyinin istifadəsinə veriləcək.

    Bildirilir ki, bu sistemin tamamlanmasından sonra Türkiyə biometrik cihazqayırmada dünyanın aparıcı yeddi ölkəsindən biri olacaq.

    Bu sistemə barmaq izlərinin tanınması, biometrik sənədlərin hazırlanması, onların oxunması, tanınması və s. eyni təyinatlı avadanlıqların milli istehsalı daxildir.

    Milli biometrik cihazların geniş tətbiqi sayəsində dövlət qurumlarında və özəl sektorda vahid sistem formalaşacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər