110 gündən sonra nəşi tapılan şəhidimizin son sözləri: “Qarabağ məsələsi övladlarımıza qalmayacaq” - VİDEO

110 gündən sonra nəşi tapılan şəhidimizin son sözləri: “Qarabağ məsələsi övladlarımıza qalmayacaq” - VİDEO
  • Cəmiyyət

  • 44 günlük Vətən müharibəsində şücaəti ilə düşməni sarsıdan igidlərimizdən biri də Kazımov Xuduş Həsən oğludur. 

    O, 1988-ci il sentyabrın 8-də Moskva şəhərində anadan olub. 1995-2004-cü illərdə Gəncə şəhərində M. A. Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Gəncə Texniki Kollecində təhsil alıb. 

    Xuduş Kazımov 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.

    Azərbaycan Ordusunun əsgəri olan Xuduş Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xuduş Kazımov oktyabrın 2-də Murovdağ-Ağdərə istiqamətində şəhid olub. 

    Nəşi 110 gün sonra tapılıb və yanvarın 20-də Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

    Ailəli idi. 5 yaşlı qızı Fatma və 2 yaşlı oğlu Əbdülkərim yadigar qalıb.

    Şəhidimizin həyat yoldaşı Əfsanə Kazımova Xuduşla sonuncu telefon zəngindən danışıb:

    “Mənlə vidalaşdı. Heç nə soruşmağımı istəmədi. Bir kəlmə dedi ki, Qarabağ məsələsini həll edəcəyik, övladlarımıza qalmayacaq”. 

    Ətraflı süjeti təqdim edirik:


    oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər