Yazıçı-şair Əjdər Ol barədə məhkəmə həbs qərarı verdi

Yazıçı-şair Əjdər Ol barədə məhkəmə həbs qərarı verdi
  • Cəmiyyət

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş aparat rəhbəri Əjdər Ol (Cəbiyev) Səbail Məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum olunub.

    LEQAL.AZ Axar.az-a istinadən xəbər verir ki, bu haqda “Hürriyət” qəzeti məlumat yayıb.

    Məlumata görə, Əjdər Cəbiyev ƏƏSMN-də çalışdığı dönəmdə vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməkdə ittiham edilir.

    Ə.Cəbiyev keçmiş nazir Səlim Müslümovun “sağ əli” kimi tanınırdı.

    Xatırladaq ki, 2018-ci ildə fəaliyyətində ciddi korrupsiya əməlləri aşkarlanan sabiq nazir Səlim Müslümov üzərindən 3 il keçdikdən sonra həbs olunub. S.Müslümov nazir işlədiyi dövrdə korrupsiya əməllərinə bulaşdığı üçün DTX tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir.

    Bir müddət öncə isə Əjdər Olun da saxlanacağı barədə xəbər yayılmışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər