Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının Vətən müharibəsində iştirak etmiş təltifetmə mərasimi keçirilib - FOTO

Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının Vətən müharibəsində iştirak etmiş təltifetmə mərasimi keçirilib - FOTO
  • Cəmiyyət

  • Dövlət Miqrasiya Xidmətinin (DMX) İkinci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşları təltif olunublar.

    DMX-dən LEQAL.AZ-a bildiriblər ki, görüşə müharibə iştirakçılarının valideynləri də dəvət ediliblər.

    Tədbirdə dövlət himni səsləndirildikdən sonra Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla anılıb.

    DMX-nin rəisi Vüsal Hüseynov çıxış edərək bildirib ki, 44 günlük müharibə dövründə Azərbaycan xalqının nəbzi əsgər və zabitlərlə birgə döyünüb. Vətənə layiqli qəhrəman övlad böyütdükləri üçün valideynlərə təşəkkür edən Xidmət rəisi döyüş iştirakçılarının hər birinə Xidmət kollektivi adından minnətdarlığını çatdırıb. Vüsal Hüseynov İkinci Qarabağ müharibəsinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, artıq biz müharibədən qalib ayrılmış ölkənin vətəndaşlarıyıq. Bu qələbənin memarı isə istər diplomatik, istər iqtisadi, istərsə də hərbi sahədə zəfərə gedən yolu mərhələli şəkildə son nöqtəyə çatdıran məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Vüsal Hüseynov, həmçinin vurğulayıb ki, döyüşdə iştirak edən əməkdaşlar dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilərək medallarla təltif olunublar.

    Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyev çıxışında zəfər döyüşlərini Birinci Qarabağ müharibəsi ilə müqayisəli şəkildə diqqətə çatdırıb. Bildirib ki, Birinci Qarabağ müharibəsindən məğlub kimi ayrılsaq da, İkinci Vətən müharibəsi şanlı qələbənin təməlini qoyub. Budəfəki savaş Müzəffər Ali Baş Komandanın uzunmüddətli həyata keçirdiyi strategiyanın məntiqi nəticəsi və qələbəsi idi. Vəli Nağıyev qalibiyyətin ölkəmizin beynəlxalq nüfuzunun artmasına, beynəlxalq tədbirlərdəki əhəmiyyətinə, bunun nəinki ermənilərə, onların havadarlarına da tutarlı mesaj olduğunu vurğulayıb.

    DMX rəisinin müavini Elman Əliyev Birinci Qarabağ müharibəsindəki iştirakından, işğal altında olan ərazilərimizin qaytarılmasının nə qədər çətin və ağır döyüşlər hesabına başa gəldiyindən danışıb. Qeyd edib ki, o vaxt yarımçıq qalan arzuları İkinci Qarabağ müharibəsində igid Azərbaycan oğulları qələbə ilə reallaşdırdı. Qalib əməkdaşları səmimi təbrik edən Elman Əliyev belə qəhrəman oğulları böyüdən valideynlərə də xüsusi təşəkkürünü çatdırıb.

    Daha sonra Vətən müharibəsində iştirak edən əməkdaşlar Xidmət rəhbərliyi tərəfindən təltif olunublar.

    Tədbirdə çıxış edən valideynlər Xidmət rəhbərliyinə təşəkkürlərini bildiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər