06 fevral 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin kiçik zalında mövcud karantin qaydaları çərçivəsində, xüsusilə 2020-ci ildə rayonda keçirilən tədbirlərdə, 44 günülk Vətən müharibəsində arxa cəbhədə aktiv şəkildə iştirak edən Rayon İcra hakimiyyətinin başçısı aparatının əməkdaşları və idarə-müəssisələrinin gənc işçiləri ilə görüş keçirilib.
LEQAL.AZ-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov görüş iştiraçılarını 2020-ci ildə göstərdikləri uğurlu fəaliyyətlərinə görə təbrik etmişdir. Gənclərin fəaliyyətinin səmərəliliyin artırılması məqsədilə müvafiq tövsiyə və tapşırıqlarını vermiş, onlara fəal vətəndaşlıq mövqeyində birlik nümayiş etdirmək və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Görüşün sonunda Masallı rayon İcra hakimiyyətinin başçısı tərəfindən iştirakçılara Fəxri-fərmanlar təqdim edildi.