Qazilərimizin səhhətinin bərpası davam edir - FOTO

Qazilərimizin səhhətinin bərpası davam edir - FOTO
  • Cəmiyyət

  • “YAŞAT” Fondu ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirləri davam etdirir.

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildiriblər ki, ciddi fiziki travma alan qazilərimizin fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən daha 5 “RGO” ortopedik cihazı ölkəmizə gətirilib və artıq istifadə olunur. Həmin cihaz vasitəsilə hərəkət məhdudiyyətli şəxslərə addım atmaq şansı yaradılır.

    “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!

    Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədilə yashat.gov.az portalı istifadəyə verilib. Həmçinin Fondun 8110 “Çağrı Mərkəzi@ fəaliyyət göstərir.

    Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

    PAYLAŞ:

    Oxşar xəbərlər