Yaşatmağa davam! - FOTO

Yaşatmağa davam!  -  FOTO
  • Cəmiyyət

  • “YAŞAT" Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildiriblər ki, şəhidimiz Şamil Hüseynlinin atası Novruz Hüseynovun, şəhidimiz Cəsarət Səfərovun anası Nuriyyə Səfərovanın, şəhidimiz Məhəmməd Səmədovun qardaşı Bəylər Səmədovun, şəhidimiz Zəbiyulla Məmmədovun anası Aynurə Məmmədovanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

    Müvafiq müayinə və müalicə tədbirləri davam etdirilir.

    Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədilə yashat.gov.az portalı istifadəyə verilib.

    Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

    Həmçinin Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir.

    PAYLAŞ:

    Oxşar xəbərlər