“YAŞAT" Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildiriblər ki, şəhidimiz Elfaq Nağıyevin atası Azad Nağıyevin, Eltun Qasımovun atası Vüqar Qasımovun əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.
Şəhidimiz Tural Qarayevin anası Səmayə Qarayevanın və həyat yoldaşı Durdana Qarayevanın da müalicə və əməliyyat xərcləri Fond tərəfindən təmin ediləcək.
Müvafiq müayinə və müalicə tədbirləri davam etdirilir.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədilə yashat.gov.az portalı istifadəyə verilib.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı Mərkəzi@ fəaliyyət göstərir.