İnformasiya Texnologiyaları İnstitutunda bu il elektron demoqrafiya sistemlərində toplanmış böyük verilənlərin intellektual analizi məsələləri araşdırılacaq.
Bu barədə institutun Elmi şurasının növbəti onlayn iclasında məlumat verilib.
İnstitutdan LEQAL.AZ-a bildirilib ki, informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində “Big Data” analitikası problemləri üzrə tədqiqatlar aparılacaq. Həmçinin “Virtual məkanda Azərbaycan əlifbası ilə domen adları” sahəsində elmi-nəzəri problemlər araşdırılacaq, müxtəlif elmi-texniki ekspertiza işləri həyata keçiriləcək.