Kolumbiya televiziyası Azərbaycan haqda reportaj hazırlayıb - VİDEO

Kolumbiya televiziyası Azərbaycan haqda reportaj hazırlayıb - VİDEO
  • Cəmiyyət

  • Kolumbiyanın geniş izləyici kütləsinə malik “Impacto Mundo” telekanalında və kanalın internet resurslarında bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi əsasında Azərbaycan haqda “Qafqaz nəhəngi qara qızılı insan qızılına çevirir” adlı reportaj efirə gedib.

    Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb.

    Bildirilib ki, reportajda Azərbaycanın müstəqillik yolu, 20 yanvar faciəsi, ölkəmizin sovet rejimindən müstəqillik əldə etməsi, Ermənistanın 30 ilə yaxın davam etmiş təcavüzü və Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağa olan iddiaları haqda danışılıb. Bildirilib ki, regionda davamlı sülh və tərəqqiyə nail olunması üçün Ermənistan qonşularına qarşı ərazi iddiaları və təcavüzkar siyasətindən əl çəkməli olduğunu anlamalıdır.  

    Qonşu Ermənistanın təcavüzünə baxmayaraq, Azərbaycan rəhbərliyinin uğurlu siyasəti nəticəsində ölkənin son 30 ilə yaxın bir dövrdə yüksək iqtisadi inkişaf əldə etdiyi, ölkədə “qara qızılın insan qızılına çevrilməsi” prosesinin uğurla həyata keçirildiyi vurğulanıb. Ölkəmizin ən vacib sərvətinin Azərbaycan xalqı olduğu, əhalisinin əksəriyyətinin müsəlman olmasına rəğmən, bütün dünyada demokratikliyi və dünyəvilik ənənələri ilə seçildiyi deyilib, qadınların tarixən və günümüzdə ölkənin ictimai-siyasi həyatındakı fəal rolundan, bu xüsusda, Azərbaycan qadınının simvolu kimi Birinci vitse-prezident Mehriban Əliyevadan bəhs edilib, eyni zamanda qadınların Azərbaycanda bir sıra yüksək vəzifələrdə təmsil olunduğu qeyd edilib. 


    oxu.az

    PAYLAŞ:

    Oxşar xəbərlər