“Əmək müqaviləsi bildirişi” e-sistemində 12 mindən çox əcnəbi ilə müqavilə bildirişi qeydiyyatdadır

“Əmək müqaviləsi bildirişi” e-sistemində 12 mindən çox əcnəbi ilə müqavilə bildirişi qeydiyyatdadır
  • Cəmiyyət

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” e-sistemində qeydiyyatda olan əmək müqaviləsi bildirişlərinin 12 366-sı xarici ölkələrin vətəndaşları ilə bağlanan müqavilələrə aiddir.

    Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən LEQAL.AZ-a bildirilib ki, onlardan 3890-ı Türkiyə vətəndaşları ilə bağlanan əmək müqavilələridir. Həmçinin qeyd edilən müqavilələrdən 2373-ü Gürcüstan, 1480-i Rusiya, 795-i İran, 390-ı Ukrayna, 361-i Pakistan, 355-i Hindistan, 306-sı Birləşmiş Krallıq, 249-u Qazaxıstan vətəndaşları ilə bağlanıb.

    Qalanları isə Çin, Özbəkistan, İtaliya, Banqladeş, Filippin, Türkmənistan, Amerika Birləşmiş Ştatları, Zimbabve, Trinidad, Sudan, Kuba, Kosta-Rika və s. ölkələrdən gələrək işləyənlərlə bağlanan müqavilələrdir.

    Ümumilikdə, e-sistemdə 110 ölkədən gəlmiş əcnəbi ilə əmək müqaviləsi bildirişləri mövcuddur.
    PAYLAŞ:

    Oxşar xəbərlər