Metro fevralın 15-dən fəaliyyətə başlayacaq? - AÇIQLAMA

Metro fevralın 15-dən fəaliyyətə başlayacaq? - AÇIQLAMA
  • Cəmiyyət

  • Bakı metrosu fəaliyyətə tam hazır vəziyyətdədir.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    O bildirib ki, xüsusi karantin dövrü olmasına baxmayaraq metropoliten infrastrukturunu qorunmasını təmin edən əməkdaşlar iş başında olublar:

    “Bakı Metropoliteninin bu və digər əməkdaşları stansiya və tunellərdə müvafiq işlərin icrasını həyata keçirirlər. Bu, metropolitenin çalışmamasına baxmayaraq, bütün hallarda metronun fəaliyyətinin bərpasına hazırlıq çərçivəsində atılan addımlardır.

    Belə ki, “Bakı Metropoliten”in fəaliyyətinin bərpası üçün qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən veriləcək. Metronun açılması ilə bağlı qərar fevralın birində, 15-də və ya başqa tarixdə də ola bilər. Bu səbəbdən qurum olaraq biz sadəcə Operativ Qərargahın qərarını gözləyirik”.

    Xatırladaq ki, sosial şəbəkələrdə metronun fəaliyyətinin 15 fevral tarixindən bərpa ediləcəyi ilə bağlı məlumatlar paylaşılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər