Bakıda magistral su kəmərində qəza baş verib.
Bu barədə “Azərsu” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, magistral kəmərdə baş vermiş qəza ilə əlaqədar Hövsan qəsəbəsinin Kənd Hövsan adlanan hissəsinə suyun verilişi dayandırılıb.
Qəzanın aradan qaldırılması üçün işlərə başlanılıb.