Şamaxının şimal dağlıq ərazilərində qarın hündürlüyü 15-17 santimetrə çatıb FOTO

Şamaxının şimal dağlıq ərazilərində qarın hündürlüyü 15-17 santimetrə çatıb FOTO
  • Cəmiyyət

  • Yanvarın 19-dan başlayaraq Şamaxı rayonuna qar yağmaqda davam edir.

    LEQAL.AZ xəbər verir ki, Şamaxıya yağan qarın hündürlüyü 15-17, şimal dağlıq ərazilərdə, o cümlədən Avaxıl və Dəmirçi kəndlərində 27-30 santimetrə çatıb.

    Qarın yağması rayonda elə ciddi çətinlik yaratmayıb. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təchizatında ciddi problem yoxdur. Şəhərdə və bütün yaşayış məntəqələrində vəziyyət nəzarətdə saxlanılır. Hazırda avtomobil yollarının qardan təmizlənməsi istiqamətində tədbirlər görülür.


    PAYLAŞ:

    Oxşar xəbərlər