Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə vətəndaşlarının sağlamlığının qorunmasına göstərdikləri xüsusi diqqət və qayğının növbəti təzahürü olaraq fəaliyyəti yüksək səviyyədə təşkil edilmiş Fövqəladə Hallar Nazirliyi (FHN) Tibb Mərkəzinin modul tipli hospitalında COVID-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsi davam etdirilir.
LEQAL.AZ nazirliyin saytına istinadla xəbər verir ki, ən müasir standartlara uyğun texniki vasitə və avadanlıqla təchiz olunmuş hospitalda infeksiya, habelə onun törətdiyi fəsadlarla gecə-gündüz mübarizə aparan yüksək ixtisaslı peşəkar heyət çalışır.
Tibbi və texniki heyətin artıq gündəlik həyat tərzinə çevrilmiş bu gərgin və fasiləsiz iş rejimi qısa olaraq hazırlanmış videomaterialda təqdim olunur.