Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərə axıdılan sularla, bütün axınlarla bağlı məlumat bazası yaradıb.
LEQAL.AZ xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə nazirliyin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
O bildirib ki, bu suların həcmi, keyfiyyət göstəriciləri, sayı inventarlaşdırılaraq xəritələşdirilib. Hər hansı bir qanun pozuntusu halı ilə əlaqədar tədbirlər görülür, müvafiq cərimə, iddia və dəymiş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət olunur. 10-20 il əvvəl ilə müqayisədə Xəzər dənizinə təmizlənməmiş tullantı suların axıdılmasının səviyyəsi azalıb. Ancaq gün ərzində təkcə Abşeron yarımadasından dənizə təxminən 1 milyon kubmetr təmizlənməmiş su daxil olur. Sözsüz ki, müvafiq qurumlar tərəfindən bunun azaldıması istiqamətində tədbirlər görülür - təmizləyici qurğuların qurulması, köhnə təmizləyici qurğuların reabilitasiyası, təkmilləşdirilməsi, təmir olunması və s.