Salyan rayonunda 20 Yanvar faciəsinə həsr edilmiş “Silinməz acı xatirələr” adlı onlayn inşa yazı müsabiqəsi keçirilib

Salyan rayonunda 20 Yanvar faciəsinə həsr edilmiş “Silinməz acı xatirələr” adlı onlayn inşa yazı müsabiqəsi keçirilib
  • Cəmiyyət

  • LEQAL.AZ xəbər verir ki, Salyan rayon Gənclər və İdman İdarəsinin və Salyan rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr edilmiş “Silinməz acı xatirələr” adlı onlayn inşa yazı müsabiqəsi keçirilib.

    Müsabiqədə I yerə Xanım İsayeva (şəhər 1 nömrəli məktəb-lisey), II yerə Tamara Eyvazova (Peyk kənd tam orta məktəbi), III yerə isə Fidan Kazımova (Seyidsadıqlı kənd tam orta məktəbi) layiq görülüb. Cahid Mehdiyev (Seydan kənd ümumi orta məktəbi), Gülçin Rüstəmli (şəhər 8 nömrəli tam orta məktəb) və Nərgiz Balayeva (Aşağı Kürkənd kənd tam orta məktəbi) onlayn inşa yazı müsabiqəsinin fərqlənmiş iştirakçıları seçiliblər.

    Onlayn inşa yazı müsabiqəsinin qalibləri və fərqlənmiş iştirakçıları diplomlarla təltif olunublar.
    PAYLAŞ:

    Oxşar xəbərlər