Leyla Əliyeva Şuşaya şeir həsr etdi - FOTO

Leyla Əliyeva Şuşaya şeir həsr etdi - FOTO
  • Cəmiyyət

  • Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə bərabər, Şuşaya onların övladı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da səfər etmişdi.

    LEQAL.AZ xəbər verir ki, səfərdən sonra Leyla Əliyeva Şuşaya həsr etdiyi yeni şeiri sosial şəbəkə hesabında paylaşıb.

    L.Əliyevanın şeirinin tərcüməsini təqdim edirik:


    Sehirli bülbülə bənzəyən çiçək 
    Doğma dağlarımın qoynun bəzəyər, 
    Cənnət guşəmizdən uzaqda, görən, 
    Necə yaşamışam bu uzun illər?! 

    Dünyaya sığacaq yadlar, yerlilər
    İçimdə həsrətlə gündüz, gecələr 
    Səndən ayrı qalıb, dərdini çəkib 
    Necə yaşamışam bu uzun illər? 

    Şeirlər yaradır məna, qafiyə 
    Bu yolda çalışmaq, öyrənmək gərək 
    Könlümün içindən gələn sətirlər 
    Qüsurlu olsa da, həqiqət gizlər. 

    Vətəndən ayrılmış, lal olan dillər 
    Göz yaşı axıdıb, çox dərd çəkdilər. 
    Ey sehirli diyar, sənin yolunda 
    Dualar səsləndi, coşdu ümidlər. 

    Ey sehirli diyar, yuxumda bir gün 
    Dağların üstündən uçan quş gördüm. 
    Ruhumda gül açdın, sən Xarı bülbül, 
    Necə darıxmışdım bilsən səninçün! 

    Allahım böyükdür, adildir hökmü
    Evinə dönəcək  şükür insanlar! 
    Bu şeirim mükəmməl olmasa belə, 
    Ürəyi böyüklər məni anlayar. 

    PAYLAŞ:

    Oxşar xəbərlər