Milli Hidrometeorologiya Xidmətinin yanvarın 15-i saat 16:00-a olan məlumatına əsasən, cənub-qərb küləyi Yardımlıda arabir saniyədə 30-32, Tərtərdə 28, Gəncədə 24, Bərdə, Neftçala, Naftalanda 20, Ağstafa, Lerik, Tovuzda 18, Göytəpə, Xaltanda 17 metr olub.
Xidmətdən LEQAL.AZ-a bildiriblər ki, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda arabir 18 metr/saniyəyədək güclənib.