Həmvətənimiz, Sibir neft yataqlarını kəşf etmiş geoloq-neftçi Fərman Salmanovun adını daşıyan Surqut aeroportu Rusiyanın turizm brendləri siyahısına daxil edilib.
LEQAL.AZ-ın əldə etdiyi məlumata görə, turizm brendlərinin müəyyən edilməsinə dair ümumrusiya müsabiqəsində ölkənin 1000 ən yaxşı mədəni turizm obyekti seçilir. Müsabiqənin məqsədi turizm marşrutlarının tərtib edilməsi və investorların cəlb olunmasıdır.
Xatırladaq ki, Surqut aeroportu Rusiyanın Ural Federal Dairəsinin iri hava qovşaqlarından biridir. 2019-cu il mayın 31-də aeroporta görkəmli geoloq-neftçi Fərman Salmanovun adı verilib.