İsmayıllıda KİV əməkdaşları ilə görüş olub

İsmayıllıda KİV əməkdaşları ilə görüş olub
  • Cəmiyyət

  • İsmayıllıda rayon icra hakimiyyətinin başçısı Nihad Bağırovun təşəbbüsü ilə KİV-lərin Şirvan bölgəsi üzrə fəaliyyət göstərən bir qrup əməkdaşı ilə görüş keçirilib.

    LEQAL.AZ xəbər verir ki, icra hakimiyyəti aparatının inzibati binasında təşkil olunan görüş işgüzar şəraitdə keçib. İcra başçısı İsmayıllı rayonu ilə bağlı məlumatların hazırlanıb ictimaiyyətə çatdırılmasında fəallıq və peşəkarlıq göstərdiklərinə görə media nümayəndələrinə təşəkkürünü bildirib. Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışan ıcra başçısı söz və mətbuat azadlığının, demokratik mühitin bərqərar olunmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıb.

    Diqqətə çatdırıb ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər