Azərbaycanda koronavirusdan daha 3858 nəfər sağalıb, 341 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirusdan daha 3858 nəfər sağalıb, 341 yeni yoluxma faktı qeydə alınıb
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 3858 nəfər müalicə olunaraq sağalıb, 341 yeni yoluxma faktı qeydə alınıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 219 min 41 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 188 min 280 nəfər müalicə olunaraq sağalıb, 2670 nəfər vəfat edib. Aktiv xəstə sayı 28 min 91 nəfərdir.

    Ötən müddət ərzində 2 milyon 199 min 939 test aparılıb. Bugünkü test sayı isə 4 min 473-dür.
    PAYLAŞ:

    Oxşar xəbərlər