Azərbaycanda koronavirus infeksiyasından 4461 nəfər sağalıb, 2334 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus infeksiyasından 4461 nəfər sağalıb, 2334 yeni yoluxma faktı qeydə alınıb
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus infeksiyasından 4461 nəfər müalicə olunaraq sağalıb, 2334 yeni yoluxma faktı qeydə alınıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 46 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 208 min 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 151 min 660 nəfər müalicə olunaraq sağalıb, 2340 nəfər vəfat edib. Aktiv xəstə sayı 54211 nəfərdir.

    Ötən müddət ərzində 2 milyon 102 min 957 test aparılıb. Bugünkü test sayı isə 14599-dur.
    PAYLAŞ:

    Oxşar xəbərlər