Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 4000 kvadratmetr olan ikimərtəbəli anbar binasında 4 kvadratmetr sahəyə yığılmış 50 ədəd sellofan rulon, 3 kvadratmetr sahədə karton qutular və binanın dam örtüyünün yanar konstruksiyaları 3 kvadratmetr sahədə yanıb.
LEQAL.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.