Binəqədi rayonunda ikimərtəbəli binada baş vermiş partlayış nəticəsində iki nəfər xəsarət alıb

Binəqədi rayonunda ikimərtəbəli binada baş vermiş partlayış nəticəsində iki nəfər xəsarət alıb
  • Cəmiyyət

  • Paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 1200 kvadratmetr olan ikimərtəbəli binada (ofis və s. təyinatlı) yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində binanın fasad üzlüyü (alkopan və penoplast) 30 kvadratmetr sahədə yanıb.

    Fövqəladə Hallar Nazirliyindən LEQAL.AZ-a bildiriblər ki, partlayış dalğasının təsirindən binanın konstruksiyaları dağılıb, yaxınlıqda dayanan minik avtomobillərinə ziyan dəyib.

    Yanğın bölmələri hadisə yerinə çatanadək iki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

    İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər