Bakıda ikimərtəbəli binada yanğın baş verib

Bakıda ikimərtəbəli binada yanğın baş verib
  • Cəmiyyət

  • Bakıda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, ümumi sahəsi 80 kvadratmetr olan mənzilin dam örtüyü yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər