Qaradağ rayonunda “Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda dəyirmi masa keçirilib

Qaradağ rayonunda “Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda dəyirmi masa keçirilib
  • Cəmiyyət

  • Aprelin 24-də YAP Qaradağ rayon təşkilatı, Gənclər və İdman Nazirliyinin Qaradağ rayon sektoru və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmirəylik ili” çərçivəsində “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda dəyirmi masa keçirilib. 

    Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Gənclər və İdman Nazirliyinin Qaradağ rayon sektorunun müdiri Elçin Abbasov, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, YAP Qaradağ rayon təşkilatının, Gənclər və İdman Nazirliyinin Qaradağ rayon sektorunun və Heydər Əliyev Mərkəzinin əməkdaşları, fəal gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

    Dəyirmi masa iştirakçıları əvvəlcə Mərkəzdə Ümmumilli Lider Heydər Əliyevin zəngin həyatına və nəhəng dövlətçilik fəaliyyətinə həsr olunmuş stendlərlə tanış olublar. Lökbatan qəsəbəsində yerləşən 288 nömrəli məktəbin müəllimi Kəmalə Hüseynovanın Mərkəzin foyesində Azərbaycan təbiətinə həsr olunmuş rəsm sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb.  

    Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri açıq elan edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçıları salamlayıb. Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladan Qafar Əliyev bildirib ki, bu sərəncam yalnız ölkəmiz yox, bütün dünya üçün qlobal əhəmiyyət daşıyır. Xalqımızın Ümmumilli Lideri Heydər Əliyevin Azərbaycan təbiətinə, ətraf mühitin qorunmasına böyük diqqətlə yanaşdığını qeyd edən YAP rayon təşkilatının sədri bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini vurğulayıb. Qafar Əliyev bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd insanları, xüsusilə də gəncləri ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək və genişləndirməkdir.

    Dəyirmi masada “Yaşıl dünya naminə həmrəylik ili"nə həsr edilmiş xüsusi videoçarx nümayiş etdirlib. 

    Sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, Biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanova “Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş təbitəin və ətraf mühtin mühafizəsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkə ərazisində yaradılan çoxsaylı təbiət qoruqları, flora və faunaya göstərilən diqqət və qayğı, bu məqsədlə icra edilən çoxsaylı layiəhlər barədə ətraflı məlumat verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi tərəfindən Azərbaycanın endemik fauna növlərinin mühafizəsi və bərpası sahəsində görülən işlərdən geniş bəhs olunub. 

    Tədbirdə digər çıxış edənlər: Gənclər və İdman Nazirliyinin Qaradağ rayon sektorunun müdiri Elçin Abbasov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri Mürvət Abduləzizov, 288 nömrəli məktəbin müəllimi Ulduz Məmmədova, 166 nömrəli məktəbin müəllimi Zöhrab Ağayev və başqaları Azərbaycanın iqlim dəyişmələri, karbon emissiyalarının azaldılması ilə əlaqədar beynəlxalq layihələrdə fəal iştiraknın böyük qürur hissi doğurduğunu bildiriblər. Qeyd ediblər ki, ölkəmizin cari ilin noyabrında COP29-a ev sahibliyi etməsi, həmçinin bərpaolunan enerjidən istifadənin genişləndirilməsi istiqamətində fəaliyyəti, müvafiq istiqamətdə məlumatlılığın artırılmasına yeni fürsətlər yaratması qlobal səviyyədə mühüm əhəmiyyətə malikdir.  

    Tədbirə yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçılara minnətdarlığını bildirib. 
    Sonda Ulu Öndər Heydər Əliyevin büstü önündə xatirə fotosu çəkdirilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər