Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edır

Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edır
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edır.

    Xidmətin mətbuat mərkəzindən LEQAL.AZ-a bildiriblər ki, DSX-də həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

    Namizədlər müddətli həqiqi hərbi xidmət keçmiş olmalı, yaşı 35-i keçməməli, fiziki cəhətdən sağlam olmalıdırlar.

    Müraciət etmək istəyən kişi namizədlərin DSX-nin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur (Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi 30, əlaqə nömrəsi: 012-493–62–47).

    Dövlət Sərhəd Xidməti, həmçinin həqiqi hərbi xidmətə və işə qəbul elan edır.

    DSX-də hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyənlər, eləcə də həkim-terapevt, həkim-ümumi cərrah, həkim-stomatoloq, həkim-sanepidemioloq, həkim-dermatoloq, həkim-infeksionist, həkim-otolarinqoloq, həkim-laborant, feldşer, feldşer-laborant, diş texniki ixtisasları üzrə tibbi təhsili olan vətəndaşlar, Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər sənədlərini təqdim edə bilərlər.

    Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş, fiziki cəhətdən sağlam, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

    Namizədlər DSX-nin hərbi hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

    Əlavə məlumat üçün ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi 30.

    Əlaqə nömrəsi: (012) 564-16-92, (012) 493-62-47.
    PAYLAŞ:

    Oxşar xəbərlər