“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsinin iştirakçıları 18 avqust 2026-cı il tarixində Masallıda olublar.

    Layihə çərçivəsində iştirakçılar Musaküçə kəndində həsirçilik sahəsi ilə tanış olub, Heydər Əliyev Mərkəzinin qarşısında dulusçuluq fəaliyyəti ilə bağlı görülən işlərə və istehsal prosesinə baxış keçiriblər.

    Heydər Əliyev Mərkəzində peşəkar uşaq psixoloqu Leyla xanım tərəfindən uşaqlar üçün maraqlı və interaktiv təlimlər keçirilib.

    Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov düşərgə iştirakçıları ilə görüşüb. Görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi və Masallı şəhərində yerləşən Qəhrəmanlar Parkındakı abidə ziyarət olunaraq önünə gül dəstələri qoyulub.

    Görüşdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Araz Əhmədov düşərgə iştirakçıları ilə səmimi söhbət apararaq onların valideynlərinin keçdiyi qəhrəmanlıq yolundan, Vətən uğrunda göstərdikləri şücaət və fədakarlıqdan danışıb. Bildirib ki, şəhid və qəhrəmanlarımızın həyat və mübarizə yolu gənc nəsil üçün əvəzsiz örnəkdir.

    Görüşdə 35 şəhid övladı və 27 qazi övladı olmaqla, ümumilikdə 62 nəfər iştirak edib.

    Görüş uşaqlarda Vətənə bağlılıq, milli-mənəvi dəyərlərə hörmət və şəhid və qəhrəmanlarımızın irsinə sədaqət hisslərinin gücləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.




    PAYLAŞ:

    Oxşar xəbərlər