Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayon ərazisində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olmaq məqsədilə Həmzəro dağına gedən 300 metr uzunluğunda olan yola baxış keçirib.
Baxış zamanı yolun mövcud vəziyyəti yerində qiymətləndirilib, ərazidə əhalinin təhlükəsiz və rahat hərəkətinin təmin olunması, yolun istismar keyfiyyətinin yüksəldilməsi ilə bağlı görüləcək işlər müzakirə edilib.
Qeyd olunub ki, rayonun yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, kəndlərarası və turizm əhəmiyyətli yolların yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mərhələli şəkildə davam etdirilir. Bu işlər əhalinin rahat gediş-gəlişinin təmin olunmasına, həmçinin rayonun turizm və sosial-iqtisadi potensialının inkişafına mühüm töhfə verir.
